AZ

Almaniya kansleri Rusiyanın aylıq itkilərinin sayını açıqlayıb

Rusiya hər ay döyüş meydanında 25 min hərbçisindən olur.

“İki sahil” “N-TV”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Demokratiya festivalındakı forumda söyləyib.

“Hər ay 24 min rusiyalı əsgərin öldüyü və ya yaralandığını bildirən rəqəm var. Hər şey Rusiya Prezidentinin imperialist meqalomaniyası üçündür”, – hökumət başçısı deyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi müharibədəki itkilərini, demək olar, açıqlamır. Hərbi qurum bunu sonuncu dəfə 2022-ci ilin sentyabrında edib. BBC-nin “Mediazona” nəşri ilə apardığı birgə hesablamaya görə, Rusiya ordusunun Ukraynadakı təsdiqlənmiş itkiləri (ölü) 53 586 nəfərdir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, işğalçı qüvvələrin itkiləri yarım milyondan çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
5
ikisahil.az

10Mənbələr