AZ

Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edəcək

Fransa Yeni Kaledoniyadan fövqəladə vəziyyət elan edəcək.
APA "Le Monde"yə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
Məlumatda o bildirilib ki, Fransa Yeni Kaledoniyada iğtişaşlar zamanı üç nəfərin ölməsi və çox sayda yaralının olmasının ardınca burada fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Yeliseydən verilən mətbuat şərhinə görə, dövlət başçısı çərşənbə günü hökumətdən “Yeni Kaledoniyada fövqəladə vəziyyət elan etməyi” xahiş edib.

“Respublika Prezidenti siyasi dialoqun bərpasının zəruriliyini xatırladıb və Baş nazirdən, daxili işlər və xarici ərazilər nazirindən Kaledoniya nümayəndə heyətini tezliklə Parisə dəvət etməyi xahiş edib” - Yelisey Sarayının yaydığı məlumatda qeyd olunub.

BFMTV isə Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb ki, yaxın saatlarda Yeni Kaledoniyada baş verən iğtişaşlarla əlaqədar 500 əlavə polis məmuru və jandarm səfərbər ediləcək.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda 1800 polis əməkdaşı və jandarm asayişinin bərpasında iştirak edir.

Şiddətin qəbulolunmaz olduğunu deyən Fransanın Baş naziri Qabriell Attal isə bildirib ki yaxın saatlarda tərəflər üçün görüş tarixi təklif ediləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
sherg.az

10Mənbələr