AZ

Yuxu iflici nədir və necə müalicə olunur? - HƏKİM AYDINLIQ GƏTİRDİ

"Yuxularımızın iki fazası var". Bu sözləri SİA-ya açıqlamasında həkim-nevroloq Qalib Əsədov deyib.

Həkim bildirib ki, yuxularımızın dörd fazası var amma əsas iki qrupa bölünürlər: "REM faza və NREM fazaya bölünürlər. REM faza hardasa 10-15-likdə davam edir. Bu fazada biz yuxu görürük. Həmin faza zamanı biz yuxu gördüyümüz mərhələdə beyin elə qurulub ki, əzələlərimiz iflic olur. Yəni yuxu görən ərəfədə gördüyümüz yuxunun təsiri altında özümüzə və ətrafımızdakılara xəsarət yetirə bilərik. Bu hadisə baş verməsin deyə biz yuxu gördüyümüz anda əzələlərimiz iflic olur.

Bəzən yuxudan ayılırıq amma hələ iflic davam edir. Yenə də əlimizi, qolumuzu hərəkət etdirə bilmirik. Bax, buna yuxu iflici deyirlər. Yuxu iflici yuxunun REM fazasının pozulmasıdır, yəni insan ayılır, amma iflic davam edir. İnsan hərəkət edə bilmir. Yuxu iflicinin müalicəsi ancaq nevrololoq həkim tərəfindən aparılır. Həmin iflicin qarşısını almaq üçün REM fazanın daha normal getməsi üçün dərmanlar var. Müalicə üçün bu dərmanlardan xəstəyə müalicə yazılır".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
17
sia.az

10Mənbələr