AZ

Tur paketlərinin qiymətinin artmasına səbəb nədir? - EKSPERT FİKRİ

“Biz yanvar ayındakı qiymətlərə nəzər salsaq, bir nəfərlik gediş, dönüş, bilet, qarşılama, yola salma və gündə üç dəfə qidalanma qiymət 550-700 dollar, yəni təxminən 1100 1200 manat civarında dəyişən qiymətlər mövcud idi. Həmin kateqoriyadan olan otel bir nəfər üçün artıq 1700 -1800 manat civarında dəyişir. İndi demək olar ki, 5 faiz 10 faiz endirimlər qalıb”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, hazırkı qiymətlər növbəti aylarda daha da arta bilər: “Digər tərəfdən ilkin rezervasiyada prosesi düzgün araşdırmamaq vətəndaşlara zərərlə geri dönə bilər. Belə ki, bəzən yanlış zaman, bilet və istiqamətlərin seçilməsi kimi mənfi hallar baş verir. Xüsusən də sosial şəbəkələrdə təhrif olunan qiymətlərlə insanları aldadırlar. Bu proseslər vətəndaşlarda böyük bir çaşqınlıq yaranmasına səbəb olur”.

Rəhman Quliyev əlavə edib ki, vətəndaşlar bəzi tur şirkətlərdən tur məhsul əldə edirlər və gedirlər: "Həm hava limanında problemlə qarşılaşırlar, eyni zamanda otellərdə problemlə qarşılaşırlar. Sosial şəbəkələrdə təhrif olunmuş qiymətlərə çox fikir verməsinlər. Hər hansı bir turizm şirkətinin ofisinə yaxınlaşırlar, orada turizm şirkətlərinin əməkdaşlarından birbaşa mütəmadi olaraq ünsiyyətdə olsunlar. Onlardan aldığı tur məhsul haqqında müqavilə tələb eləsinlər. Həmin müqavilədə getdiyi istiqamətdə olan turların bütün gedişatı proqramı orada öz əksini tapmalıdır və aldığı turizm firmasına ödədiyi məbləğin qəbzini tələb etməlidir".

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
sia.az

1Mənbələr