AZ

Yoddan nəzarətsiz istifadənin hansı fəsadları var? - AYDINLIQ GƏTİRİLDİ

“Ümumiyyətlə, yod elementi insan orqanizmi üçün çox vacibdir və insan üçün hər yaşda önəmlidir. Lakin uşaq yaşlarında daha çox önəmlidir. Çünki birbaşa əqli inkişafında, qavrama qabiliyyətinin artmasında böyük bir rolu vardır”. Bu sözləri SİA-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.

Sübhan Hacıyev sözlərinə belə davam edib: “Yod çatışmazlığı ümumilikdə ümumi halsızlıq, süstlük, yorğunluq, qavrama qabiliyyətinin azalması, hətta əqli inkişafın geriləməsinə qədər gətirib çıxara bilir. Birbaşa hipotireodzim deyilən bir xəstəliyə gətirib çıxarır. Çünki qalxanabənzər vəz hormonunun funksiyasının azalması nəticəsində ciddi şəkildə əqli gerilik yaranmış olur və təsadüfi deyil ki, hamilə qadınlarda bu hormon funksiyaları tez-tez yoxlanılır. Bir çox hallarda profilaktik az dozalarda yod yazılır. Lakin doza hesablanıb hər bir insana lazımi qaydada verilməlidir. Nəzarətsiz və hər yaşa, çəkiyə uyğun olmayan dərəcədə qəbulu insan orqanizminə təbii ki faydası yox, ziyanı olacaqdır. Çünki bu zaman da hipertirogizm yəni, qalxanabənzər vəz hormonunun funksiyasının dəfələrlə artması nəticəsində qalxanabənzər vəzdə düyünlərin əmələ gəlməsində və bu düyünlərin sonradan onkoloji bir problemlərə yol açmasında böyük bir qalxanvari vəz xərçənginə qədər gətirib çıxara biləcək bir durum yaradır.

Bütün bu sadalananları nəzərə alaraq istənilən dərmanın, vitamininin, mineralın qəbulu təbii ki həkim nəzarəti ilə olmalıdır. Üstəlik bunlar insan orqanizmində yoxlanılmalıdır, yoxlanıldıqdan sonra doza hesablanıb hər bir insana lazımi qaydada verilməlidir. Nəzarətsiz dərman qəbulu hər bir zaman insan orqanizminə faydadan çox zərər verir”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
sia.az

1Mənbələr