AZ

İnsan özünü necə tərbiyələndirə bilər? - PSİXOLOQ İZAH ETDİ

"Həyatımız hər zaman ziddiyyətlərlə dolu olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, biz həyatda elə ziddiyyətlərlə də inkişaf edirik: "Bunu anlasaq, həyatın əsas məsələsini, əsas məğzini anlamış olacağıq. Bəzi insanlar lovğa deyərkən səhv anlayışla qarşılayırlar. İnsan özünə güvənməli, özünə dəyər verməlidir. Yeri gəldikdə puluna, vaxtına qənaət etməlidir. Digər tərəfdən də qürurlu yox, şəxsiyyətinə hörmət etməlidir.

Qürur bir az fərqli məsələdir. Qürurla bağlı çox danışa bilərik. Amma həyatımızda qüruru harada etməli olduğumuzun yerini bilməliyik. Ümumiyyətlə, harada qürurlu, harada qənaətcil olmalıyıq, harada özümüzü tərbiyələndirməliyik, harada yenidən tərbiyə olunmalıyıq, kimə necə münasibət bəsləməliyiksə, hamısının öz yeri var. Bu tərbiyə məsələləri bir az geniş məsələdir, ona görə də biz uşaqlıqdan övladlarımızı həm estetik tərbiyə ilə maarifləndirməliyik, həm əxlaq tərbiyəsi ilə, həm yeri gələndə bədən tərbiyəsi ilə tərbiyələndirməliyik. Bunların hamısının çox böyük mənası var. Amma həyat ziddiyyətlərlə doludur. Sadəcə bir şeyi anlamalıyıq ki, lovğa və qürurlu olmaq mənfi xüsusiyyətlərdir. Xəsis əgər ailəsinə xəsisdirsə, əlbəttə ki, bu da mənfi xüsusiyyətdir. Amma qənaətcillik də yerində olmalıdır. Həmçinin də bədxərclik yerində olmalıdır. Hər şeyin öz yeri var".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
sia.az

1Mənbələr