AZ

“Beynəlxalq tədbirlər ölkəmizin dünya diplomatik arenasında aparıcı rolunu artırır” - ŞƏRH EDİLDİ

“Ümumiyyətlə, beynəlxalq tədbirlərin keçirilməsi, xüsusən, dövlət xadimlərinin, aparıcı dövlətlərin iştirakı ilə keçirilən tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də Azərbaycanın bir ölkə kimi təbliği, Azərbaycanda gedən proseslərin dünya ictimaiyyətinə daha asan çatdırılması və dünya diplomatik arenasında aparıcı rolunun artmasına gətirib çıxarır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, COP29-a gəldikdə isə bu artıq çox fərqli tədbirlər qrupuna aiddir: "Həddindən artıq aparıcı və dünyada başqa ölkələrin də öz ərazilərində keçirmək istədiyi tədbirlərdəndir. Çünki dövlət başçıları və onların ikinci şəxsləri səviyyəsində olan görüşlərdir. Bundan başqa yanaşı olaraq böyük transmilli korporasiyaların rəhbərlərinin, onların aparıcı şəxslərinin, paralel şəkildə dünya iqtisadiyyatında aparıcı rol oynayan digər iqtisadi qurumların da təmsil olunduğu bir tədbirdir. 80-100 minarası insanın bu keçirilən tədbirlərlə əlaqədar ölkəmizdə iştirakı proqnozlaşdırılır. Bu isə tamamilə fərqli formatdır. Azərbaycan artıq inkişaf etmiş ölkələrə xas şəkildə həm öz iqtisadiyyatını, siyasi sistemini, bu cür tədbirləri keçirmə bacarığını göstərir. Bu da gələcəkdə həm iqtisadi, turizm, Azərbaycanın təbliği baxımından, həm də Azərbaycanın siyasətinin, haqlı davasının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır”.

“Digər tədbirlərə gəldikdə isə istər beynəlxalq idman yarışları olsun, istər elmi forumlar olsun, istərsə də iqtisadi forumlar olsun bunların hər birinin özünəməxsus turizm sektorunda, iqtisadiyyatda əlaqələrin qurulmasında, siyasi forumlar isə beynəlxalq siyasətdə Azərbaycanın aparıcı rol oynamasına gətirib çıxarır",- deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
sia.az

1Mənbələr