AZ

İranda Azərbaycan əleyhinə təbliğat kampaniyası genişləndi

Son həftələr İran mediası, ekspertlər və mollalar Azərbaycan Respublikası əleyhinə təbliğat kampaniyalarını yenidən artırıblar.

Yenipress.az xəbər verir ki, bununla bağlı müxtəlif səviyyələrdə iş aparılır.

Bu qəbildən olan çıxışlardan biri də İran parlamentinin üzvü, rəfsəncanlı molla Hüseyn Calali tərəfindən səsləndirilib.

O, Azərbaycan Respublikasının İsrail ilə münasibətlərini tənqid edib, buna görə susmayacaqlarını deyib.

Calali Qəzzada baş verənlərə görə Azərbaycan hökumətinin İsrailə etiraz etməməsini pisləyib, bunun qəbuledilməz olduğunu söyləyib.

Rəfsəncanlı molla Azərbaycanda İrana bağlı şəxslərin saxlanılmasından narahatlığını ifadə edib.

“Azərbaycan hökuməti Azərbaycanda inqilabi və müqavimət qruplarının yaranmasının qarşısını alır. Azərbaycan hakimiyyətinin bu dözülməz davranışı dəyişilməzsə, Azərbaycan şiələri özləri başqa qərarlar da verə bilərlər”, - deyə, Calali, radikal qruplaşmalarının təşkilatlanmasına imkan vermədiyinə görə rəsmi Bakını ittiham və təhdid edib.

Qeyd edək ki, bundan əlavə, son vaxtlar bəzi iranlı diplomatlar yerli və xarici KİV-lərə müsahibələrində, o cümlədən din xadimləri çıxışlarında Azərbaycan əleyhinə fikirlər səsləndirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
yenipress.az

1Mənbələr