AZ

“Blinken bu dəfə də Kiyevə əliboş gəlməyib...”

“Rusiya tərəfinin isə başqa əlacı yoxdur. Ukraynaya qarşı savaşda nüvə silahından başqa hər silahdan, o cümlədən kimyəvi silahlardan istifadə edib. Putinin ordusu Ukrayna ərazisində, son məlumatlara görə, 110 il öncə - I Dünya savaşında istifadəsi qadağan olunmuş xlor-pikrindən də istifadə edib...”
 
“Birləşmiş Ştatların Dövlət katibi cənab Entoni Blinken Konqresin Ukraynaya yardım paketini təsdiqlənməsindən sonra ilk dəfə idi Kiyevə gəlirdi. Onun səfəri ilə bağlı Ukrayna rəhbərliyində çox az sayda şəxs məlumatlı olub. Blinken Ukraynaya gəldi və bir daha bildirdi ki, biz sizin yanınızdayıq, sizinlə bir yerdəyik. Və bundan sonra da Rusiyaya qarşı döyüşmək üçün lazım olan hər şeyi verəcəyik”. 
 
Bunu Moderator.az-a açıqlamasında Ukraynada fəaliyyət göstərən hərbi ekspert, ehtiyatda olan polkovnik Elxan Nuriyev  ABŞ Dövlət katibi Entoni Blinkenin  dünən – mayın 14-də Kiyevə gözlənilməz səfərindən danışarkən  söyləyib.
 
“Təbii ki, Qərb liderləri bir qayda olaraq Ukraynaya əliboş gəlmirlər, onlar gəlməmişdən öncə ölkə ərazisinə hansısa yeni partiya silahlar, texnikalar gətirilir. Təbii ki, Blinken də bu dəfə də Kiyevə əliboş gəlməyib. Prezident Zelenski də mətbuata açıqlamasında bildirdi ki, mən cənab Blinkendən Xarkov şəhərinin və Xarkov vilayətinin müdafiəsi üçün əlavə iki “Patriot” sistemi də istədim... 
 
Bilirsiz, Ukraynanın əsas tərəfdaşı, dostu və donoru ABŞ və Avropa Birliyi ölkələridir... Diqqət edin ki, cənab Blinken Kiyevə son səfəri zamanı “ABŞ sizi tək buraxmayacaq” ifadəsini işlətdi. Bunun ardınca Böyük Britaniya baş naziri, xarici işlər naziri və digər Avropa ölkələrinin rəsmiləri bəyanatlar verdi... 
 
Baş verənlər həm də Ukraynanın Avropa Birliyinə üzv olmaq iddiasından əl çəkməyəcəyini ifadə edir.  Rusiya tərəfinin isə başqa əlacı yoxdur. Ukraynaya qarşı savaşda nüvə silahından başqa hər silahdan, o cümlədən kimyəvi silahlardan istifadə edib. Putinin ordusu Ukrayna ərazisində, son məlumatlara görə, 110 il öncə - I Dünya savaşında istifadəsi qadağan olunmuş xlor-pikrindən də istifadə edib”, - deyə davamında ekspert diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
33
moderator.az

10Mənbələr