AZ

Ədliyyə nazirinin Tovuzda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Ədliyyə naziri Fərid Əhmədovun Şəmkir, Tovuz və Gədəbəy rayon sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya məlumat verilib.

Qəbul mayın 20-də keçiriləcək.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu +994 2230-5-82-50), habelə Ədliyyə Nazirliyinin 012-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə vətəndaşlar Ədliyyə Nazirliyinin elektron xidmətlər portalı vasitəsilə qəbula yazıla bilər. Həmin şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
sia.az

1Mənbələr