AZ

Azərbaycan xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad ölkə kimi tanınır - AQTA

Bu ayın sonunda Parisdə keçiriləcək Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələri Assambleyasının Ali Baş Sessiyasında Azərbaycanın xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması statusunun rəsmiləşdirilməsi və xüsusi sertifikatın təqdim edilməsi gözlənilir. SİA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” və 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgilərinin açılış mərasimində deyib.

O vurğulayıb ki, son illər ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı, bu məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını da genişləndirib: “Qida təhlükəsizliyi sahəsində nəzarət və tənzimləmə sisteminin daha da təkmilləşdirilməsi, biotəhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər, həmçinin idxal və ixrac əməliyyatları zamanı nəzarətin beynəlxalq standartlara uyğun tənzimlənməsi bu istiqamətdə öz müsbət nəticəsini göstərməkdədir. Bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşdırması və istehsal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərini yaxşılaşdırması ilə mümkün olub”.

Q.Təhməzli qeyd edib ki, beynəlxalq ticarət qaydalarına əsasən, heyvan və heyvan mənşəli məhsulların ixracı yalnız heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən və ya sağlamlıq statusu əldə etmiş regionlardan həyata keçirilir : “Bu istiqamətdə də müvafiq tədbirlər görülüb. Donuzların Afrika taunu xəstəliyindən ölkəmizin azad olması barədə illik hesabat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən qəbul olunub və Azərbaycan 2024-cü il üzrə sözügedən xəstəlikdən azad ölkələrin siyahısına daxil edilib”.

AQTA sədri qeyd edib ki, Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının təsdiqlənməsi üçün hesabat hazırlanıb: “Bu hesabat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Təşkilatın Elm Komissiyası tərəfindən ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad ölkə kimi tanınma tələblərinə cavab verməsi təsdiq edilib".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
5
sia.az

7Mənbələr