AZ

DİM “Magistr” jurnalının 3-cü nömrəsini təqdim edib

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 3-cü nömrəsini təqdim edib. DİM-dən SİA-ya bildirilib ki, jurnalın bu nömrəsində “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tanış olmaq mümkündür. Jurnalda, həmçinin ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə qabiliyyət imtahanları üçün 44, 68, 69 və 70 nömrəli proqramları və 2024/2025-ci tədris ili üçün M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasına qəbul elanı da dərc edilib.

“Magistr” jurnalının 3-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.azsaytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
3
sia.az

4Mənbələr