AZ

Bir ilə yaxın supermarketin damında yaşadı

ABŞ-nin Miçiqan ştatında evsiz qadın bir ilə yaxın supermarketin damında yaşayıb və bundan heç kimin xəbəri olmayıb.

"Unikal" xəbər verir ki, 34 yaşlı qadını dam örtüyünə aparan naqilin vəziyyətini yoxlamaq qərarına gələn işçilər tapıblar. Orada qaldığı müddət ərzində o, döşəməni quraşdırıb və elektrik enerjisi əldə edib. Otağına qəhvə dəmləyən, kompüter və mini-stol quraşdırıb. Qadın gecə saatlarında marketə enərək, lazimi qidaları özü ilə götürürmüş. 

Yuxarı çıxan pilləkən olmadığından sakinin fərqinə varmadan damın üstünə necə çıxdığı məlum deyil. Bu bacarığına görə polis ona “Damdakı Ninja” ləqəbi verib. Qadının özü də sirrini hüquq-mühafizə orqanlarının əməkdaşlarına deməyib.

O, sadəcə qeyd edib ki, əvvəllər başqa yerdə işləyirmiş, ancaq evi yoxdur. Qadın evsizlər xidmətinə müraciət etməkdən imtina edib. Daha sonra 34 yaşlı amerikalı polisdən narahatlığa görə üzr istəyib. 

Seymur Əli 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
50
unikal.az

10Mənbələr