AZ

ABŞ-da prezident seçkiləri: Tramp və Bayden rahatlıqla qalib gəldi

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən Nebraska, Merilend və Qərbi Virciniya ştatlarında keçirilən praymerizdə rəqibsiz demokrat Co Bayden və Respublikaçı Donald Tramp rahat qələbə qazanıb.

ABŞ-da prezidentlik yarışında ilkin seçki prosesi Nebraska, Merilend və Qərbi Virciniya ştatlarında keçirilən seçkilərlə davam edib.

Hər ikisi rəqib olmadığı üçün formal olaraq davam edən ilkin seçki prosesində Demokrat namizəd Bayden və Respublikaçı namizəd Tramp bu üç ştatda böyük fərqlə qalib gəliblər.

Respublikaçılar Partiyasının vahid namizədi olan Tramp Nebraskada 77 faiz, Merilend ştatında 80 faiz, Qərbi Virciniyada isə 88 faiz səs toplayıb, hələ də yarışda olan Nikki Heyli qabaqlayıb.

Demokratlar Partiyasında təkbaşına namizədliyini irəli sürən ABŞ-ın hazırkı prezidenti Bayden Nebraskada 92 faiz, Merilenddə 86 faiz, Qərbi Virciniyada isə 70 faiz səs toplayıb.

Respublikaçılar Partiyasının prezidentliyə rəsmi namizədi iyulda, Demokrat Partiyasının isə avqustda keçiriləcək qurultaylarında müəyyənləşəcək.

Tramp və Baydenin yenidən üz-üzə gələcəyi gözlənilən ABŞ-da prezident seçkiləri 5 noyabr 2024-cü il çərşənbə axşamı keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
50
kommersant.az

10Mənbələr