AZ

"Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Sosial Tədqiqatlar Mərkəzində "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, konfransda Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Hüquq üzrə fəlsəfə doktoru, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə, Psixologiya üzrə fəlsəfə doktoru, BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının dosenti Lalə Cabbarova, Xəzər Universitetinin Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri Mələk Kərimova, politoloqlar, QHT sədrləri, ekspertlər, psixoloqlar, ali məktəblər, media nümayəndələri iştirak edirlər.

Konfransda STM-in ictimai rəy sorğuları əsasında hazırlanan "Müasir Azərbaycan ailəsi" analitik hesabatı təqdim olunur.

Açılış nitqləri ilə STM-nin İdarə Heyətinin sədri Zahid Oruc və Meditasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxış edirlər.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
sia.az

1Mənbələr