AZ

Hindistanda şaxtada qalan 14 nəfər xilas edilib

"Hindustan Copper Limited" şirkətinin Racastandakı Kolihan mis mədənində qapalı qalan 14 nəfərin hamısı xilas edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə India Today telekanalı məlumat yayıb. Məlumata görə, üç nəfərin vəziyyəti ağırdır.

Mayın 13-də axşam saatlarında insanların olduğu liftin kabeli qoparaq şaxtanın içərisində ilişib. Hindustan Copper Limited şirkətinin əməkdaşları və bir jurnalist liftdə olub. Xilasetmə əməliyyatı gecə boyu davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
ucnoqta.az

1Mənbələr