AZ

Ukraynanı lazım olduğu qədər yox, qələbəyə qədər dəstəkləməliyik...

...Kanada Müdafiə Departamentinin rəhbəri Bill Bleyer Ukraynanı “nə qədər lazımdırsa” dəstəkləməyi yanlış hesab edir və bunun əvəzində bunu Ukrayna tərəfinin genişmiqyaslı müharibədə qələbəsi ilə əlaqələndirməyi təklif edir.

SİA xəbər verir ki, “European Pravda”nın yazdığına görə, Bleyer bunu bir gün əvvəl, mayın 13-də Atlantik Şurasının tədbirində deyib.

Kiyevin Kanadadakı səfirliyinin müdafiə attaşesi general Boris Kremenetski qeyd edib ki, kanadalı nazir Ukraynanı “qalib gələnə qədər” dəstəkləməyə çağırıb və bu qələbənin onun üçün nə demək olduğunu aydınlaşdırmağı xahiş edib.

Kanadalı nazirin sözlərinə görə, qələbə həm Ukrayna, həm də ukraynalılar üçün möhkəm, etibarlı sərhəddir ki, onlar sülh və firavanlıq içində yaşaya bilsinlər.

...Mənim üçün qələbə açıq şəkildə Putini məğlub etmək və onu Ukraynadan qovmaqdır. Bu həm də Ukrayna xalqı üçün uzunmüddətli, təhlükəsiz sülhü təmin edəcək şəraitin yaradılmasıdır.

Bunu daKanada Müdafiə Nazirliyinin rəhbəri dediklərinə əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
sia.az

1Mənbələr