AZ

Qərbi Azərbaycan Xronikası: “Haylar anaları, bacıları ilə evlənirdilər və sonra buna qadağa qoyuldu” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Urartu kitabələrində hansı dildə və nələr yazılıb?” adlı veriliş efirə gedib.

Verilişdə tarixçi alim Ramin Əlizadə ermənilərin uydurma yollarla sahib çıxmağa və erməniləşdirməyə çalışdıqları Urartu dövlətindən söz açıb.

Bildirilib ki, urartuluların mənşəyi və tarixi coğrafiyası ilə bağlı erməni iddiası yalan və uydurmadan başqa bir şey deyil: “Ermənilər ilə urartulular bir-birinə zidd tayfalardır. Dünya alimlərinin də təsdiq etdiyi kimi, Urartunun ermənilərlə heç bir əlaqəsi yoxdur. Urartu yazıları və dilləri ermənilərə yox, Şimali Qafqaz dillərinə aiddir. Bununla bağlı kifayət qədər sübutlar mövcuddur”.

Tarixçinin sözlərinə görə, hay tayfaları mağaralarda yaşayıb, ana və bacıları ilə evlənirdilər. Sonra buna qadağa qoyulub. Ermənilərin böyük Erebuni adlandırdıqları qala, əslində İrpuni məbədidir və bunun ermənilərlə heç bir əlaqəsi yoxdur.

Süjetdə qeyd olunub ki, erməni antropoloqlarının etiraflarından, indiki ermənilərin Qərbi Azərbaycanın qədim xalqı olmadığından, dünya alimlərinin son araşdırmalarında ermənilərin Urartu yalanının üstünün açılmasından və ifşa olunmasından, Urartu daşı kimi təqdim olunan yazının ermənilər tərəfindən 50 il əvvəl saxta yazılmasından bəhs olunur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
276
50
baku.ws

10Mənbələr