AZ

Ermənilərin Sünik və Sisakan yalanının üstü açıldı: Tarixi saxtakarlıq – VIDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan e.ə I minilliyin ortalarında Türk İskit dövlətinin tərkibində olub” adlı veriliş efirə gedib.

Verilişdə tarixçi alim Ramin Əlizadə iskidlərin Qərbi Azərbaycan ərazisində yaratdıqları dövlətdən söz açır.

Bildirilib ki, Qərbi Azərbaycan e.ə I minilliyin ortalarında İskit-Sak (İşquz, İç Oğuz) dövlətinin tərkibində olub. İskitləri parfiyalılar Sak, sonradan rus tarixçiləri Skif adlandırıblar. İskitlər Şərqi Anadoludan Kür və Araz çaylarının qovuşduğu yerə – Sak düzünə/Balasakana qədər yayılmışlar.

Onun sözlərinə görə, Azərbaycanı ilk dəfə İskit sərkərdəsi Ərən/Sak oğlu vahid dövlət kimi birləşdirib: “Sakların adını I Ərəndən götürüb Orontidlər adlandırdılar, ermənilər saxtalaşdırıb Yervantidlər yazırlar. İskitlərlə hurrilər, madalılar, albanlar, utilər, kaspilər, kadusilərlə qaynayıb-qarışıblar”.

Qeyd olunub ki, bütün Azərbaycan torpaqlarında yaranmış dövlətləri İşquz/İskit boylarına məxsus alplar və ərənlər idarə edib. Qərbi Azərbaycan ərazisi qədim mənbələrdə Sakan/Sak ölkəsi kimi verilib, ermənilər saxtalşadırıb Sünik və Sisakan yazıblar.

Sonda vurğulanıb ki, urartuluların Qərbi Azərbaycan ərazisində işğallarına İskitlər son qoyub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
8
medianews.az

10Mənbələr