Quterreş inauqurasiya ilə bağlı Putinə məktub göndərdi
BMT-nin Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinə andiçmə mərasimi ilə bağlı məktub göndərib. Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbirinə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak məlumat verib. “Bəli, biz bunu etdik”, - Hak sualı cavablayıb. Dünya təşkilatının rəhbərinin nümayəndəsi məktubun məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.