![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/7/27/1/f614bc8a-195e-46c6-8115-f54b6dce74a7/qutteres.jpg)
BMT-nin Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinə andiçmə mərasimi ilə bağlı məktub göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbirinə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak məlumat verib.
“Bəli, biz bunu etdik”, - Hak sualı cavablayıb.
Dünya təşkilatının rəhbərinin nümayəndəsi məktubun məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.