AZ

Rusiya ordusunda rüşvət işi ilə məşğul olan erməni HƏBS OLUNDU – VİDEO

Rusiya Federasiyası Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun rüşvət alması işi ilə məşğul olan şəxs Moskvada həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası İstintaq Komitəsinə istinadla məlumat yayıb.

Paytaxtın Basmannı məhkəməsi Lyova Martirosyanı iyulun 12-dək istintaq təcridxanasına göndərib.

Martirosyan xüsusilə külli miqdarda rüşvət verməkdə ittiham olunur. İstintaqın məlumatına görə, o, Kuznetsovla şəxsən tanış olub və sonuncuya “başqa əmlak şəklində” rüşvət verib.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyi (MN) Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov korrupsiya işi ilə bağlı həbs edilib.

 

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
23
interpress.az

10Mənbələr