AZ

Rusiya SQ Baş Qərargah rəisinin müavini həbs edilib - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, Baş Qərargah rəsinin müavini, general-leytenant Vadim Şamarin həbs edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə 35-ci hərbi qarnizon məhkəməsi qərar çıxarıb.

Şamarin xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

***

10:57

Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin saxlanılıb.

APA “Kommersant”a istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Rabitə Baş İdarəsinin rəisi vəzifəsini də daşıyan generalın evində dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə axtarış aparılıb.

Nəticələrə əsasən, Vadim Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
15
apa.az

10Mənbələr