AZ

“Mədəniyyət xadimlərinə bu cür münasibət dövlətimizin xarakterini göstərir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Mədəniyyət xadimlərinə münasibət bir ənənə olaraq bizim dövlət siyasətimizdə Ümummilli Lider Heydər Əliyevin yaratdığı bir mədəniyyətdir. O zamanlar Azərbaycanın maddi imkanları çox deyildi. Amma Azərbaycan artıq inkişaf etmiş bir dövlətdir. Ona görə də mədəniyyət xadimlərinə dövlətin göstərdiyi münasibət indi daha mükəmməldir. Söhbət yalnız mədəniyyət xadimlərinin mükafatlandırılmasından, maddi baxımdan təminatdan getmir. Onlar həm də dövlətin işinə ardıcıl olaraq cəlb olunur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, Şuşa azad olunduqdan sonra oranı iqtisadi baxımdan dirçəltmək başqa məsələ, amma bu “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri isə mədəni-mənəvi həyatının bərpa olunmasıdır: “Bu prosesə də mədəniyyət xadimləri cəlb olunur. Əslində, bu, dövlət siyasətinin mükəmməlliyini göstərir. Belə beynəlxalq və mötəbər tədbirlərdə mədəniyyət xadimlərinin iştirakı, çıxışı və mükafatlandırılması tarixi hadisələrdir. Bütün bunlar həm mədəniyyət xadimlərimizin nüfuzunu, həm də xalqımızın mədəni səviyyəsini yüksəldir. Ona görə də mədəniyyət xadimlərinə bu cür münasibət dövlətimizin və millətimizin xarakterini göstərir”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
sia.az

1Mənbələr