AZ

"Rusiya-Ukrayna müharibəsi 10 il davam edəcək" - Radoslav Sikorski

"Ukraynada münaqişə təxminən 10 il davam edə bilər".

 

Sfera.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski “Polskie” radiosunda deyib.

 

"Ümumiyyətlə, belə münaqişələr təxminən 10 il davam edir. NATO ölkələri potensial münaqişənin gərginləşməsinə lazımi şəkildə hazır olsalar, Rusiya onlara hücum etməyəcək ", - polşalı diplomat qeyd edib. 

 

Xatırladaq ki, bundan əvvəl Almaniya kansleri Olaf Şolts Ukraynada müharibənin daha bir neçə il davam edəcəyini bildirib. Onun fikrincə, bu müddətin beş ildən az olacağını heç kim deyə bilməz.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
50
sfera.az

10Mənbələr