AZ

Rusiya hərbçiləri Xarkov üzərinə hücuma getməkdən imtina edirlər...- “Ateş”

 
Rusiya Silahlı Qüvvələrinin üzvləri Xarkova hücum etməkdən və vilayətə həmlədən imtina edirlər.
 
Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə əsasən Krım tatar türklərindən təşkil olunmuş “Ateş” partizan hərəkatı məlumat yayıb.
 
“Rusiya Silahlı Qüvvələrinin 44-cü Ordu Korpusunun moto-atıcı batalyonlarından birində xidmət edən  "Atəş" agenti məlumat verir ki, onun döyüşdüy hərbi hissənin bölmələrindən biri Xarkov vilayətində hücuma çıxmaqdan qəti şəkildə imtina edib”, - məlumatda deyilir.
 
Partizanların sözlərinə görə, bu bölmənin döyüşçüləri Rusiya-Ukrayna sərhədindəki yüksək keyfiyyətli istehkamlardan yaxşı xəbərdardırlar və Rusiya işğalçı qüvvələrinin uğursuz təxribat və kəşfiyyat əməliyyatlarının şahidi olublar.
 
“Avadanlıqlara xaçlı romb formasında yeni işarələr vurulduqda və əmr veriləndə bölmənin bir hissəsi komandanlığın cinayətkar iradəsini yerinə yetirməkdən imtina etdi.
Heç kim hansısa pul üçün apaçıq ölümü getmək istəmir”, -  deyə “Ateş” izah edib.
 
Xatırladaq ki, Xarkov vilayətində hücum cəhdi Ukrayna Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.
Departament sıçrayış cəhdinin səhər saat 5:00-da başladığını, lakin uğursuz olduğunu söyləyib. Döyüş meydanına ehtiyat hissələri göndərilib.
 
Analitiklər hesab edir ki, işğalçılar Xarkovu ələ keçirə bilməyəcəklər.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
50
moderator.az

10Mənbələr