AZ

Qırmızı attestat və diplomun hansı üstünlükləri var? - MÜNASİBƏT BİLDİRİLDİ

"Təhsil haqqında fərqlənmə attestatı ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 olan, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayan, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 qiymət alan və ən azı 75 bal toplayan məzunlara verilir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, təhsil haqqında fərqlənmə attestatına malik olma ümumi və tam orta təhsil bazasının möhkəmliyinin göstəricisidir: "Bu göstərici Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələrində də öz əksini tapır.

Əmək bazarında tam orta təhsil bazasında yüksək göstəcisi olan namizədlə analoji göstəricisi aşağı olan namizədlər arasında seçim edilərkən təhsili barədə məlumatlarında fərqlənmə attestatı və ya qırımızı diploma malik namizəd daha üstün hüquqa malik ola bilər, işəgötürənin yaxşı mənada diqqətini çəkə bilər.

Ali təhsil sahəsində qırmızı diplomu olan məzunun hüququ olaraq üstün görünsə də, işəgötürən tərəfindən əksər hallarda ciddi üstünlük hesab edilmir.

İşəgötürənin işə qəbulla bağlı əsas tələbi namizədlərin bilik, bacarıq, təcrübə və səriştəsinin üzərinə düşəcək vəzifənin öhdəsindən gələcəyinə uyğun olmasıdır. İşə qəbulla bağlı namizədin qırmızı attestatının və ya qırmızı diplomunun olması müsbət hal kimi qiymətləndirilə bilər, lakin işəgötürən tərəfindən əsas meyar kimi qəbul olunmur".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
sia.az

1Mənbələr