AZ

“Qəbələ” I Liqa üçün legioner futbolçular transfer edəcək

“Qəbələ”

Bakı, 14 may, AZƏRTAC

Növbəti mövsüm I Liqada mübarizə aparacaq “Qəbələ”də legioner futbolçuların taleyinə aydınlıq gəlib.

Bölgə təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlının AZƏRTAC-a verdiyi məlumata görə, klub bütün əcnəbi oyunçularla vidalaşacaq.

O bildirib ki, qış fasiləsində heyətə cəlb olunmuş Klesio Baukun müqaviləsi avtomatik olaraq qüvvədən düşəcək: “Sözləşmədə belə bir bənd var ki, komanda aşağı liqaya düşsə, oyunçu ilə əməkdaşlığa xitam veriləcək. Digər legionerlə isə danışıb yollarımızı ayıracağıq”.

Klub rəsmisinin sözlərinə görə, yeni mövsümdə daha aşağı maliyyə şərtləri ilə legionerlər transfer ediləcək: “Bildiyiniz kimi, I Liqada çox gərgin mübarizə gedir. Hədəfimiz yenidən Premyer Liqaya vəsiqə qazanmaqdır. Buna görə də heyətə əcnəbi futbolçular cəlb edəcəyik”.

Funksioner AFFA İcraiyyə Komitəsinin ötən gün baş tutmuş iclasında Premyer Liqada klub sayı ilə bağlı qəbul olunan qərara da toxunub: “Əsasnamənin qərarına əsasən, növbəti il elitada olmayacağıq. Burada idman prinsipləri qorunur. Özümüzü yaxşı tərəfdən göstərib yenidən Premyer Liqaya qayıtmaq üçün çalışacağıq”.

Qeyd edək ki, “Qəbələ” mövsümün başa çatmasına 2 tur qalmış 23 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
237
2
azertag.az

10Mənbələr