AZ

“Bütün qərarlar dövlət səviyyəsində qəbul olunacaq” - Qurban Qurbanov

“Düşündüyümüz məsələlərin hamısını birdən icra etmək mümkün deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında Qurban Qurbanov deyib.

İcraiyyə Komitəsinin üzvü tədbirdə müzakirə olunan məsələlər barədə danışıb: “Futbolumuzun gələcək planları ilə bağlı uzun söhbətlərimiz oldu. Daha çox nələrə diqqət ayrılmalıdır, bu barədə müzakirələr getdi”.

“Qarabağ”ın baş məşqçisi yeni mövsümdə klub sayının artırılmamasının səbəbini izah edib: “Klubların hazırkı şəraiti, infrasturktur nəzərə alınaraq komanda sayının artırılmamasına qərar verildi. Hazırda Premyer Liqada elə komandalar çıxış edir ki, onların belə stadion problemləri var. Növbəti illərdə klubların sturkturlarının daha da yaxşılaşdırılması yönündə məsələləri müzakirə etdik. Görünən odur ki, gələcəkdə komandaların strukturlarının yaxşılaşdırılması AFFA tərəfindən ediləcək. Bütün qərarlar dövlət səviyyəsində qəbul olunacaq. Yalnız bundan sonra çempionatda komanda sayı çoxala bilər. Hətta iclasda Premyer Liqada komanda sayının Avropanın aparıcı çempionatlarında iştirak edən klubların sayı qədər artırıla biləcəyindən danışıldı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
249
4
qafqazinfo.az

10Mənbələr