AZ

596 təyyarə, 274 helikopter, ... - Ukraynanın itkiləri açıqlandı

Gün ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 26 pilotsuz təyyarəsini və 9 “Hammer” idarə olunan bombasını, həmçinin 3 ATACMS operativ-taktiki raketini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Rusiya hava hücumundan müdafiə sistemləri 26 pilotsuz uçuş aparatını, Fransa istehsalı olan 9 “Hammer” idarəolunan bombanı, ABŞ istehsalı olan iki HARM antiradar raketini, ABŞ istehsalı olan üç ATACMS operativ-taktiki raketini, 43 Çexiya istehsalı olan “Vampire” raketini və “Alder”i vurub.

Həmçinin, xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna ordusuna məxsus 596 təyyarə, 274 helikopter, 24 046 pilotsuz uçuş aparatı, 521 zenit-raket kompleksi, 16 016 tank və digər zirehli döyüş maşını, 1296 reaktiv yaylım atəş sistemi döyüş maşını, 9570 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 21701 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
1
ucnoqta.az

4Mənbələr