AZ

“Həkimlərimizi tanıyın!” rubrikasında Təranə Göyüşovanı təqdim edirik

Dr.Təranə Göyüşova Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində vaxtında və vaxtından əvvəl doğulmuş uşaqlara ilk reanimasiyon yardım və sonraki təqib, traxeya intubasiyası, mərkəzi damarların kateterizasiyası, usaqların ümumi müayinəsi, diaqnostikası və müalicəsini həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/tarana-goyshova/#
SİA xəbər verir ki, dr.Təranə Göyüşova 1991-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda internatura keçmişdir.

Təranə həkim 1992-2009-cu illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində pediatr-neonatoloq-reanimatoloq kimi çalışmışdır. O, 2007-ci ildə Avstriyada, Graz Landeskrakenhhaus Universitet klinikasının neonatologiya şöbəsində, 2009-cu ildə Türkiyənin Hacettepe Universitetinin uşaq xəstəxanasında çalışmış, 2009-cu ildən Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində pediatr-neonatoloq-reanimatoloq kimi fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
sia.az

1Mənbələr