AZ

Uşaqların aqressiv davranışlarının SƏBƏBLƏRİ - AÇIQLAMA

Valideynəri narahat edən problemlərdən biri də uşaqlarının çox aqressiv olmasıdır. Bəzən valideynlər bu aqressivliyin öhdəsindən gələ bilmirlər və gözlənilməz nəticələr ortaya çıxır.

 

Bəs aqressivliyi yaradan səbəblər nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, aqressivlik dedikdə, uşağın başqa bir şəxsə və ya özünə fiziki və ya emosional zərər vurmağa yönəlmiş hərəkətləri başa düşülür.

 

“Uşaqlarda əsəbilik halları, əsasən, özlərini ifadə edə bilməyəndə, mühit dəyişkənliyi olduqda ortaya çıxır. Ailədaxili konfliktlər, uşaqlara qoyulan ağır tələblər də bu aqressiyanı yarada bilir. Uşaqlar çox vaxt öz aqressivliklərinin öhdəsindən gələ bilmirlər və böyüdükdə aqressiv davranışlarına nəzarət onlar üçün böyük problemə çevrilir. Uşaq heyvanlara və ya maddi əşyalara qarşı da aqressiv hərəkətlər nümayiş etdirə bilər. Aqressiya gizli və ya əksinə açıq şəkildə özünü göstərə bilər”.

 

Psixoloq qeyd edib ki, aqqressiyanın aradan qaldırılması, əsasən, uşaq və valideynlər arasındakı ünsiyyətin və əlaqənin keyfiyyətindən asılıdır.

 

“Sevgi və mehribanlıq, müsbət emosional atmosferli münasibətlər uşağın vacib sınaqlardan, ağrılardan qaçmasına və emosional rifahın qorunmasına kömək edir. Uşaqlarda aqressiyanı səngitmək üçün müəyyən tövsiyələr faydalı ola bilər: Digər bir amil isə tərbiyə üsuludur. İstər ailədə, istər bağçada, istərsə də məktəbdə tərbiyə üsulu düzgün seçilməlidir. Müəyyən qaydalar və qanunların tətbiq olunması vacibdir və tərbiyə üsulunda mühüm rol oynayır. Əgər bunlar tətbiq olunmadan uşaq tərbiyə olunursa, həm ərköynləşir, həm də uşaqda davranış pozğunluğu yaranır. Belə olduqda, artıq öz bacarıqlarını və fikirlərini idarə edə bilmir. Ona görə də uşağı həm pedaqoji baxımdan, həm də psixoloji baxımdan düzgün yönləndirmək lazımdır”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
27
sfera.az

10Mənbələr