AZ

Pakistanda bütün dövlət müəssisələri özəlləşdiriləcək

Pakistanın baş naziri Şahbaz Şərif ölkədə strateji əhəmiyyət kəsb edənlər istisna olmaqla, bütün dövlət müəssisələrinin özəlləşdirilməsinin gözlənilən olduğunu açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş nazirin ofisindən bildirilib.

"Pakistanda strateji müəssisələr istisna olmaqla, bütün dövlət müəssisələri özəlləşdirmə prosesinə məruz qalacaq. Hökumətin vəzifəsi bizneslə məşğul olmaq deyil, biznes və investisiya üçün əlverişli mühit təmin etməkdir", - məlumatda deyilir.

Baş nazirin sözlərinə görə, müəssisələrin, o cümlədən enerjipaylayıcı şirkətlərin özəlləşdirilməsi 2024-2029-cu illər üçün nəzərdə tutulmuş hökumət proqramı çərçivəsində prioritet və sürətləndirilmiş qaydada həyata keçiriləcək.

"Dövlət müəssisələri gəlirli və ya zərərli olmasından asılı olmayaraq özəlləşdiriləcək", - Şərif vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
ucnoqta.az

1Mənbələr