AZ

"Rusiya Xarkovdan sonra bu bölgəyə hücum edəcək" - Baş Kəşfiyyat İdarəsi

"Rusiya yaxın günlərdə Xarkovdan sonra Sumi bölgəsinə də hücuma başlayacaq".


Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanov “The New York Times” qəzetinə müsahibəsində bildirib.


Sumi bölgəsi Xarkovdan şimalda yerləşir və Rusiya ilə uzun sərhədi var. Rusiya ordusu artıq bir neçə gündür ki, Xarkov vilayətinə hücumları aktivləşdirib və bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, sərhəd yaxınlığında yerləşən Volçansk şəhəri uğrunda gedən döyüşlər zamanı Rusiya taktiki uğurlar əldə edib. 


Budanov əmindir ki, yaxın bir neçə gün ərzində Ukrayna qüvvələri ön xətti gücləndirib hücumları dayandıracaq. 


Budanovun sözlərinə görə, Rusiyanın Xarkov vilayətinə hücumları daha 3-4 gün davam edəcək və bundan sonra rus qoşunlarının Xarkovdan təxminən 140 km şimal-qərbdə yerləşən Sumi şəhəri istiqamətində güclü hücuma keçəcəyi gözlənilir. 


Ukrayna tərəfi bildirib ki, Rusiya Xarkov vilayəti ilə sərhədə 50 minə yaxın hərbçi cəmləşdirib. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Budanov etiraf edib ki, Xarkov vilayətində vəziyyət gərgindir və kritik həddə yaxınlaşır.


Qeyd edək ki, Ukraynanın şimal hissəsində Rusiyanın əməliyyatlara başlamasında məqsədi sərhədboyu ərazidə buffer zona yaratmaqdır. Rusiya rəsmiləri bir müddət öncə bildiriblər ki, əgər Qərb Ukraynaya uzunmənzilli raketlər verərsə, sərhəddə buffer zona yaratmağa məcbur qalacaqlar. Son əməliyyatlar bu planın tərkib hissəsidir. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
50
sfera.az

10Mənbələr