AZ

Rusiya səfirliyi Rusiya Federasiyası ilə əlaqəsi olan şübhəlinin saxlanılmasına münasibət bildirib

Rusiyanın Böyük Britaniyadakı səfirliyi bildirib ki, Rusiya Federasiyası ilə iddia edilən əlaqələrə görə milli təhlükəsizlik qanunlarını pozmaqda ittiham olunan 64 yaşlı adamın saxlanılması ilə bağlı Londondan heç bir rəsmi bildiriş alınmayıb.

 

Oxu24.com  xəbər verir  ki,bu barədə TASS məlumat yayıb.

 

Diplomatik nümayəndəlik mayın 23-də Böyük Britaniyanın milli təhlükəsizlik qanunlarını pozmaqda şübhəli bilinərək həbs edilən 1959-cu il təvəllüdlü Britaniya vətəndaşının saxlanılması ilə bağlı yerli polisdən mesaj gördüklərini vurğulayıb.

 

Səfirlikdən əlavə ediblər ki, bu məsələ ilə bağlı onlarda əlavə məlumat yoxdur.

 

Bundan əvvəl məlum olmuşdu ki, Londonda bir britaniyalı Rusiya ilə iddia edilən əlaqələrə görə milli təhlükəsizlik qanunlarını pozmaqda ittiham olunaraq saxlanılıb.

 

Məlumata görə, Harloudan olan 64 yaşlı kişi Böyük Britaniya Milli Təhlükəsizlik Qanununun 3-cü maddəsini pozmaqda ittiham olunur.

 

May ayında Rusiya tərəfi Britaniya mediasının Londonun cənubundakı Rusiya səfirliyinin iqamətgahından casusluq məqsədilə istifadə edilməsi ilə bağlı iddiaları böhtan adlandırmışdı.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
27
oxu24.com

10Mənbələr