AZ

"Ermənistan tərəfi bu gün də mina terroru fəaliyyətinə davam etməkdədir" - ŞƏRH EDİLDİ

"Ermənistan tərəfinin Azərbaycana qarşı 30 ildən artıq bir müddətdir ki, mina terroru həyata keçirdiyini müşahidə edirik". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, beynəlxalq hüququn tələbləri, eyni zamanda bir çox beynəlxalq anlaşmalar və konvensiyalar mövcuddur, məhz Ermənistan tərəfi həmin beynəlxalq hüququn öhdəliklərini ciddi şəkildə pozmaqdadır: "Çox təəsüf ki, bununla bağlı beynəlxalq ictimaiyyət, istərsə də, beynəlxalq aparıcı təşkilatların Ermənistana hər hansı bir təzyiq göstərdiyini müşahidə etmirik. Bundan istifadə edən Ermənistan tərəfi bu gün də mina terroru fəaliyyətinə davam etməkdədir.

Ermənistanın mina terroru fəaliyyəti nəticəsində bu günə qədər artıq yüzlərlə insanın həyatını itirdiyi, eyni zamanda fiziki olaraq ciddi xəsarət aldığını bilirik. Xüsusilə də, bu şəxslərin mülki şəxslər olması, Ermənistanın nəinki hərbi cinayətlər törətdiyini, həm də insanlıq əleyhinə də cinayət işlədiyi faktlarını sübut edir. Ermənistanın ikinci Qarabağ müharibəsindən sonra əsas öhdəliklərindən biri də bu idi ki, beynəlxalq hüququn tələblərinə uyğun olaraq həmin minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil versin. Ancaq çox təəsüf ki, bu fəaliyyəti həyata keçirmədi. Hər hansı bir formada müxtəlif bəhanələrlə həmin bu öhdəlikdən boyun qaçırmağa çalışır. Ermənistan tərəfinin mina terroru çox sayda insanın həyatının sona çatması səbəbilə birlikdə bir çox iqtisadi layihələrin də həyata keçirilməsi, həm də işğaldan azad edilmiş ərazilərə mülki insanların qayıtmasında ciddi təhdid olaraq qalmaqdadır".

"Azərbaycan tərəfi həmin ərazilərin minalardan təmizlənməsi ilə bağlı bütün zəruri tədbirləri həyata keçirir. Bu tədbirlərin həyata keçirilməsi zaman alan məsələdir. Bildiyimiz kimi ərazilərin minalardan təmizlənməsi çox ağır prosesdir. Hər hansısa bir şəkildə insanlarımızın zərər görməməsi üçün yetərincə maarifləndirmə işləri aparılır. Demək olar ki, bir qardaş Türkiyənin dəstəyini istisna etsək, bütün ərazilərin minalardan təmizlənməsi prosesini Azərbaycan dövləti öz gücü hesabına həyata keçirir. Qardaş Türkiyə bu məsələdə Azərbaycana yardım edən dövlətdir. Digər ölkələr, təşkilatlar minalardan təmizlənmə ilə bağlı hər hansı texniki dəstək yox, məhz kiçik maliyyə ayırmaqla öz işlərini bitmiş hesab edirlər. Bu maliyyənin ayrılmasında da biz ikili və riyakar fəaliyyəti müşahidə edirik. Çünki beynəlxalq aləmdə bu tipli məsələlərə baxdığımız zaman İraq-Küveyt, Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynaya ayrılan texniki, maliyyə yardımı ilə nisbətdə dəfələrlə az cüzi miqdar olduğunu görürük.

Azərbaycanın onların bu yardımına ehtiyacı yoxdur. Hesab edirəm ki, ikinci Qarabağ müharibəsindən sonra, eləcə də cənab Ali Baş Komandanın tapşırığına uyğun olaraq yeni mühəndis istehkam bölmələrinin yaradılması müxtəlif qurumlarda minalardan təmizlənmə prosesinə veriləcək şəxsi heyətin sayının artırılması və şirkətlərin bu məsələdə ciddi rol alması müsbət qiymətləndirilməlidir. Ancaq bununla da yanaşı vətəndaşlarımız da mütləq şəkildə təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər. Hər hansı bir diqqətsizlik həmin insanın həyatını itirməsi, ən yaxşı halda isə ciddi şəkildə xəsarət alması ilə nəticələnə bilər. Bununla bağlı yetərincə nümunələr də var. İlkin olaraq insanlarımız özlərinin təhlükəsizliyi üçün deyilmiş və qarşıya qoyulmuş tələblərə ciddi riayət etməlidirlər. Çünki ərazilərimiz tam minalardan təmizlənənədək verilən göstərişlərə və tapşırıqlara əməl etmək zəruridir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
38
sia.az

10Mənbələr