AZ

SOCAR “Özbəkneftqaz” ilə perspektiv əməkdaşlıq imkanlarını müzakirə edib - FOTOLAR

Azərbaycan və Özbəkistan arasında bərpa olunan enerji sektorunda əməkdaşlıq müzakirə edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“26-cı Özbəkistanın Neft və Qazı - OGU 2024” beynəlxalq sərgi və konfransında “Özbəkneftqaz” ASC-nin sədri Baxodirjon Sidiqovla məhsuldar görüşümüz oldu.

Görüşdə ikitərəfli əlaqələrin uğurlu inkişafını, eləcə də insan kapitalı, bərpa olunan enerji, dekarbonizasiya, innovasiya və rəqəmsallaşma sahələrində mövcud və perspektiv əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - R. Nəcəf qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
4
sia.az

5Mənbələr