AZ

Macarıstan enerji ilə bağlı sanksiyaları dəstəkləmir -“Politico”

Macarıstan Avropa İttifaqının enerji bazarına mənfi təsir göstərə biləcək 14-cü məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində mayeləşdirilmiş təbii qaz da daxil olmaqla Rusiya əleyhinə sanksiyaları dəstəkləmir,

“İki sahil” xəbər verir ki, bu haqda “Politico” nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Macarıstan paketi təhlil edəcək. “Lakin bu sanksiya paketi Aİ-nin qaz bazarına mənfi təsir göstərəcəksə, onu dəstəkləməyəcəyik", - nəşr Macarıstan rəsmisindən sitat gətirib.

Qəzetin həmsöhbətinin sözlərinə görə, enerji sektorunda sanksiyalarla bağlı suallar narahatlıq doğurur.

Nəşr qeyd edir ki, Budapeşt Aİ səfirləri səviyyəsində yeni sanksiyalar paketinin müzakirəsi zamanı qazla bağlı tədbirlərdən narahatlığını bildirib.

Daha əvvəl bildirilmişdi ki, Rusiya LNG-yə qarşı sanksiyalar tətbiq olunarsa, Avropa İttifaqı bütün qaz idxalının beşdə birini itirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
50
ikisahil.az

10Mənbələr