AZ

Aylıq maaşdan saatlıq əməkhaqqıya keçid nəyi dəyişəcək? - AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi barəsində təkliflər hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.


Bəs bu zaman əməkhaqqının məbləğində nə kimi dəyişikliklər olacaq?


Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Missiya.Az-a açıqlamasında bildirib ki, söhbət aylıq əmək haqqının saatlıq əməkhaqqı ilə əvəzlənməsindən deyil, minimum aylıq əmək haqqının minimum saatlıq əməkhaqqı ilə əvəzlənməsindən gedir. 


“Yəni fərmanla hər bir təsərrüfat subyekti işə götürdüyü şəxsə  məhz bu gün minimum 1 ay ərzində 345 manat əməkhaqqı verə bilir. Təklif olunan modeldə isə artıq minimum saat nəzərdə tutulur, yəni işləyən insanın bir saatı üçün ödəniləcək minimum məbləğ müəyyənləşdiriləcək. Proses olaraq düşünürəm ki, bu daha ədalətlidir. Əvvəla ona görə ki, beynəlxalq təcrübədə məhz minimum saatlıq əməkhaqqıdan istifadə olunur. Minumum aylıq əmək haqqı deyə bir söz geniş mənada istifadə edilmir. 


O qeyd edib ki, ikinci bir tərəfdən də muzdla işləyən insanların əməyinin daha ədalətli qiymətləndirilməsi baxımından saat hesabı əməkhaqqı doğrudur.


“Çünki qanunvericiliyin tələbi ilə əmək məcəlləsində 155-ci maddədə bir öhdəlik olaraq qoyulur ki, 345 manatdan aşağı əməkhaqqı vermək faktiki olaraq qadağan edilir. Buna görə də işəgötürən 345 manatı verir, amma daha çox işlədilir. Ona görə də saat üzrə əməyin qiymətləndirməsi olarsa, minimum iş saatı üzrə əmək haqqı hesablanarsa, bu zaman birbaşa insanların, əmək fəaliyyəti ilə məşğul olub əmək haqqı alan tərəflərin mənafeyi, hüquqları qorunmuş olacaq”. 


Ekspertin sözlərinə görə, bütün hallarda belə bir tətbiqetmədən sonra işçinin əvvəlki və qanun dəyişdikdən sonra yeni məvacibi arasında müsbət mənada fərq olacaqdır. 


Leyla SƏMƏNDƏR
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
50
missiya.az

10Mənbələr