AZ

Hindistanda reklam lövhəsinin aşması nəticəsində 14 nəfər ölüb, 74 nəfər yaralanıb

Hindistanın Maharaştra ştatının Mumbay şəhərində toz fırtınası zamanı metal reklam lövhəsinin aşşması nəticəsində 74 nəfər yaralanıb, ölənlərin sayı 14 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri komendantının köməkçisi Nikhil Mudholkar jurnalistlərə bildirib.

O, ümumilikdə 88 nəfərin xilas edildiyini, onlardan 14 nəfərin öldüyünü, 31 nəfərin isə evə buraxıldığını bildirib.

Yerli hakimiyyət orqanları 30 metrlik reklam lövhəsinin lisenziyasız və icazə verilən ölçülərdən artıq quraşdırıldığını bildirib. Fövqəladə hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Böyük bir reklam lövhəsi metropolisin sıx bir yerində yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşdirilmişdi. Qəfildən fırtına başlayanda konstruksiya silkələnib, daha sonra insanların və avtomobillərin olduğu yanacaqdoldurma məntəqəsinin üzərinə çöküb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
ucnoqta.az

2Mənbələr