AZ

Rusiya MN-in Kadrlar Baş İdarəsinin rəisi saxlanılıb

Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a ölkənin hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib.

“General-leytenant Kuznetsov cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır. Artıq müstəntiq general barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib”, – agentliyin həmsöhbəti açıqlayıb.

Eyni zamanda, “Baza” teleqram kanalı mayın 13-də 235-ci Qarnizon Hərbi Məhkəməsinin mətbuat xidmətinin Kuznetsov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material dərc etdiyinə diqqət çəkib. Məhkəmə iclası saat 18:25-də baş tutub, məhkəmənin qərarı bəlli deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
23
operativmm.az

10Mənbələr