AZ

Putin Boliviya prezidenti ilə danışıb

Rusiya prezidenti Vladimir Putin və Boliviya prezidenti Luis Arce ikitərəfli münasibətləri müzakirə ediblər.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

“İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib, ticarət-iqtisadi və enerji sahələrində qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsi vurğulanıb”, - məlumatda deyilir.

 

Luis Arse Rusiya liderini və bütün rusiyalıları Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü münasibətilə təbrik edib.

 

Tərəflər müxtəlif səviyyələrdə təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.

 

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Nikaraquada Boliviya prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Xose Hüqo Moldis ilə görüşdüyü bildirilirdi.

 

Rusiya Təhlükəsizlik Şurasının katibi həmkarı ilə ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin regional təhlükəsizlik mövzularını da qaldırıb.

 

Bundan əvvəl Rusiya Federasiyasının Baş prokuroru Kubaya ilk işgüzar səfərə gəlib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
27

1Mənbələr

Şərh ()
Bağla