AZ

İran Xarici İşlər Nazirliyi: İranın nüvə doktrinasında heç bir dəyişiklik olmayıb

İran Xarici İşlər Nazirliyi: İranın nüvə doktrinasında heç bir dəyişiklik olmayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani son həftələrdə ölkədə nüvə silahının qadağan edilməsi ilə əlaqədar strategiyanın dəyişdirilə biləcəyi ilə bağlı artan ritorikadan sonra İranın bu məsələdə doktrinasının dəyişmədiyini bildirib.



Kenani Tehran Beynəlxalq Kitab Sərgisinin konfrans zalında mətbuat konfransı keçirərək, ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib.

Son həftələrdə İranda bəzi siyasətçilərin ölkə lideri Ayətullah Əli Xameneinin nüvə silahlarını qadağan edən fitvasının dəyişə biləcəyi ilə bağlı iddialarına toxunaraq, İranın nüvə doktrinasında heç bir dəyişiklik olmadığını qeyd edib.

Kenani bəyan edib ki, onlar kütləvi qırğın silahlarının beynəlxalq təhlükəsizliyə olduğu kimi, bəşəriyyətə də təhlükə yaratdığına inanırlar.

Digər tərəfdən, Kenani ölkəsinin Fələstin vətəndaşları üçün virtual konsulluq açmağı planlaşdırdığını və sistemin hazırda sınaq mərhələsində olduğunu bildirib.

Qeyd edək ki, aprelin 1-də İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumundan sonra ölkədəki bəzi siyasətçilər Xamneyinin fitvasının dəyişəcəyini və İranın da nüvə silahı istehsal edə biləcəyini iddia ediblər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
25

1Mənbələr

Şərh ()
Bağla