AZ

AEBA İran prezidentinin xatirəsini bir dəqiqəlik sükutla yad edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Vyanada keçirilən Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransı (ICONS-2024) İran prezidenti İbrahim Rəisi və İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəfatı ilə bağlı bir dəqiqəlik sükutla başlayıb.

Ucnoqta.az xəbər verir ki, AEBA-nin rəhbəri Rafael Qrossi bildirib.

“Biz hamımız bu həftəsonu faciəli hadisələri bilirik, zəhmət olmasa, dünən faciəvi şəkildə həlak olan prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onların nümayəndə heyətinin digər üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edin” Qrossi deyib.

Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
25
ucnoqta.az

10Mənbələr