AZ

Azərbaycan Türkiyəyə xam neft və qeyri-neft məhsulları satışını azaldıb

Cari ilin yanvar-mart aylarında Azərbaycana Türkiyəyə 114 min 20 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları satıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun satışından əldə olunan gəlirin məbləği 61 milyon 790 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 265 min 298 ton (70%), dəyər ifadəsi ilə 165 milyon 775 min ABŞ dolları (72,8%) azdır. 2023-cü ilin birinci rübündə Azərbaycan Türkiyəyə 379 min 318 ton miqdarında, 227 milyon 565 min ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları satıb.

Bundan başqa, hesabat dövründə Azərbaycan Türkiyəyə 150 milyon 291 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları satıb ki, bu da illik müqayisədə 189 milyon 621 min ABŞ dolları və ya 55,8 faiz azdır. Ötən ilin yanvar-mart aylarında Türkiyəyə 339 milyon 912 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50

1Mənbələr

Şərh ()
Bağla