AZ

Azərbaycanın ixracı kəskin azaldı: Ən çox azalma hansı məhsullardadır?

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ixracı 8 milyard 168 milyon 591.68 min dollar təşkil edib.

Musavat.com-un Dövlət Gömrük Komitəsinin statistikası əsasında apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixracımızın 4 milyard 416 milyon 221.26 min dollar və ya 36,1 faiz azalması deməkdir.

Cari ilin 4 ayında ümumi ixracımızın 7 milyard 248 milyon 577.70 min dollarını neft-qaz sektoruna, 920 milyon 13.98 min dollarını isə qeyri-neft-qaz sektoruna daxil olan mallar təşkil edib. Neft-qaz ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 36,3 faiz və ya 4 milyard 149 milyon 16.58 min dollar, qeyri-neft ixracımız isə 22,5 faiz və ya 267 milyon 204.68 min dollar azalıb.

Yanvar-apreldə bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixracı ötən ilki 9 milyon 235 min 906.05 tondan 6 milyon 928 min 455.79 tona, dəyər ifadəsində isə 5 milyard 715 milyon 409.95 min dollardan 4 milyard 364 milyon 589.72 min dollara qədər azalıb. Təbii qaz ixracımız 6 milyard 513 milyon 694.62 min kubmetrdən 7 milyard 706 milyon 860.61 min kubmetrə qədər artsa da, dünya bazarında qiymətlərin ucuzlaşması nəticəsində dəyər ifadəsində 5 mnilyard 418 milyon 534.55 min dollardan 2 milyard 758 milyon 782.82 min dollar düşüb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
50
musavat.com

10Mənbələr