AZ

Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qaldı

Bakı. Trend:

May ayının 15-i “GSMA M360 Eurasia 2024” konfransının açılışıbaş tutacaq. Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom”MMC-nin baş sponsorluğu ilə keçiriləcək bu tədbir çərçivəsində 2gün ərzində maraqlı məruzələrin və panel iclaslarının yer almasıgözlənilir. Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktualtendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərlərivə region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq.Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsaltransformasiyasının sürətləndirilməsi üçün bütün bazariştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqındadanışacaqlar.

Belə ki, “GSMA M360” rəqəmsal dövrün ən aktual tendensiyalarınıbir daha gündəmə gətirəcək. Konfransda süni intellekt,kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması, yeni nəsilşəbəkələr, yaşıl texnologiyar və s. mövzular ətrafında fikirmübadiləsi aparılacaq. Eyni zamanda, Rəqəmsal DNT (Digital DNA)mövzusuna həsr olunmuş sessiyada gələcək nəsillərin inkişaf edənəmək bazarına uğurlu adaptasiyası üçün lazımlı bacarıq vəqabiliyyətlər barədə maraqlı müzakirələr baş tutacaq.

COP29 ərəfəsinə təsadüf edən bu konfransda ətraf mühit, sosialvə idarəetmə (ESG) prinsipləri də müzakirə olunacaq. Bu sessiyadarəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri,qlobal telekommunikasiya liderlərinin ESG prinsiplərinə riayətetmək üçün gördüyü işlər, rəqəmsal innovasiyaların ətraf mühitindayanıqlığına verdiyi töhfə barədə danışılacaq. Xatırladaq ki,COP29 Azərbaycanda cari ilin noyabr ayında keçiriləcək.

Qeyd edək ki, bu il GSMA M360 Eurasia 2024”konfransına Microsoft, Google, Amazon Web Services, World Bank, e&International, Beeline, Vodafone Group, Turkcell, East Telecom vədigər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilərqatılacaq.

Yerlər limitli olduğundan tədbirdə iştirak etmək istəyən hər kəsöncədən GSMA M360 Eurasia səhifəsində qeydiyyatdan keçməlidir.

“JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq tədbirəqatılın, gələcəyi formalaşdıran müzakirələrin bir parçası olun!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
40
az.trend.az

10Mənbələr