AZ

“GSMA M360 Eurasia 2024” konfransının açılış mərasimi keçirilir

Bakı. Trend:

“GSMA M360 Eurasia 2024” konfransının açılış mərasimikeçirilir.

Trend xəbər verir ki, Bakıda ikinci dəfə AzərbaycanRespublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyivə “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Bu tədbir çərçivəsində 2 gün ərzində maraqlı məruzələrin vəpanel iclaslarının yer alması gözlənilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyalarıətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq vəregional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyiciqurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm dədigər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçünbütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyətihaqqında danışacaqlar.

Belə ki, “GSMA M360” rəqəmsal dövrün ən aktual tendensiyalarınıbir daha gündəmə gətirəcək. Konfransda süni intellekt,kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması, yeni nəsilşəbəkələr, yaşıl texnologiyar və s. mövzular ətrafında fikirmübadiləsi aparılacaq. Eyni zamanda, Rəqəmsal DNT (Digital DNA)mövzusuna həsr olunmuş sessiyada gələcək nəsillərin inkişaf edənəmək bazarına uğurlu adaptasiyası üçün lazımlı bacarıq vəqabiliyyətlər barədə maraqlı müzakirələr baş tutacaq.

COP29 ərəfəsinə təsadüf edən bu konfransda ətraf mühit, sosialvə idarəetmə (ESG) prinsipləri də müzakirə olunacaq. Bu sessiyadarəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri,qlobal telekommunikasiya liderlərinin ESG prinsiplərinə riayətetmək üçün gördüyü işlər, rəqəmsal innovasiyaların ətraf mühitindayanıqlığına verdiyi töhfə barədə danışılacaq. Xatırladaq ki,COP29 Azərbaycanda cari ilin noyabr ayında keçiriləcək.

Qeyd edək ki, bu il “GSMA M360 Eurasia 2024” konfransınaMicrosoft, Google, Amazon Web Services, World Bank, e&International, Beeline, Vodafone Group, Turkcell, East Telecom vədigər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilərqatılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
40
az.trend.az

10Mənbələr