AZ

Fatimə boşanma xəbərlərinə son qoydu

Rəqqasə Fatimə Fətəliyeva boşanma xəbərlərinə son qoyub.

Axşam.az xəbər verir ki, sənətçi "Balkanla gecə turu" verilişinə açıqlama verən sənətçi həyat yoldaşı Xəyalla ayrılmadıqlarını bildirib.

O, kamera önündə ona zəng edərək "Ailə həyatım çox gözəldir. Kamera önündə zəng edib həyat yoldaşımla da danışa bilərəm. Oğlum Hüseynin atası və mənim həyat yoldaşım Xəyal bəydir. Təki bütün xanımlara mənim ərim kimi ər qismət olsun" sözlərini deyib.

Daha sonra həyat yoldaşına zəng vuran Rəqqasəyə "Burada məni suallara tutublar. Şükürlər olsun ki, həyat yoldaşım Xəyal bəylə aramızda heç bir problem yoxdur. Hər şey superdir" sözlərinə qarşı tərəf "Əlbəttə ki, Fatimənin bu sözlərini təsdiqləyirəm və onu çox sevirəm" cavabını verib.

Qeyd edək ki, Fatimənin bu nikahdan Hüseyn adlı bir oğul övladı var.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
8

1Mənbələr

Şərh ()
Bağla