AZ

Fatimə boşanma iddialarından danışdı

Göyçək ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşı Xəyal bəylə ayrılması xəbərlərinə münasibət bildirib.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə sənətçi “Balkanla gecə turu” maqazin verilişinə müsahibəsində danışıb.  Fatimə ailəsinin dağılması ilə bağlı yayılan iddialara kamera önündə son qoyub:

“Ailə həyatım çox gözəldir. Kamera önündə zəng edib həyat yoldaşımla da danışa bilərəm. Oğlum Hüseynin atası və mənim həyat yoldaşım Xəyal bəydir. Təki bütün xanımlara mənim ərim kimi ər qismət olsun”.

Daha sonra əri Xəyal bəyə zəng edən F.Fətəliyeva “Burada məni suallara tutublar. Şükürlər olsun ki, həyat yoldaşım Xəyal bəylə aramızda heç bir problem yoxdur. Hər şey superdir” sözlərinə rəqqasənin əri “Əlbəttə ki, Fatimənin bu sözlərini təsdiqləyirəm və onu çox sevirəm” deyərək məsələyə nöqtə qoyub.

Qeyd edək ki, Fatimə Fətəliyeva illər əvvəl Aydın adlı bəylə ailəli olub. Onların bu evliliyindən Aydan adlı qızları dünyaya gəlib. İllər sonra Fatimə ikinci dəfə Xəyal adlı bəylə ailə qurub. Onların bu nikahından Hüseyn adlı övladı doğulub.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
8
yenisabah.az

10Mənbələr